Bill Qeyts heç kimə çip taxmayacaq - \"BBC Reality Check\" qrupu iddiaları rədd edir

Bill Qeyts heç kimə çip taxmayacaq - \

Bill Qeytsin koronavirus pandemiyasını insanlara çip vermək üçün istifadə etdiyi iddiası rədd edilib.


Sfera.az xəbər verir ki, "BBC Reality Check" qrupu iddialardan bəzilərini analiz edib.


Koronavirus peyvəndinin DNT-sini dəyişdirəcəyi iddiaları sosial mediada ən çox yayılan şayiələr arasındadır.


BBC bu iddia ilə bağlı araşdırmalar aparıb və bu qənaətə gəlib ki, koronavirus peyvəndi insan DNT-sini dəyişdirmir.


Yeni hazırlanan bəzi peyvəndlər virusun genetik materialının bir parçasını, yəni genetik təlimatları daşıyan mRNA-dan istifadə edir. İngiltərədə istifadəsinə icazə verilən "Pfizer/BioNTech" peyvəndi bunlardan biridir.


Bill Qeyts və mikroçip iddiası


Bu iddiaya görə, koronavirus pandemiyası milyonlarla insanın vücuduna izlənilə bilən mikroçip yerləşdirmək üçün bilərək ortaya atılıb. Bu işin arxasında isə "Microsoft"un qurucusu Bill Qeyts var.


Amma dünyada "peyvənd mikroçipi" deyə bir şey yoxdur və Bill Qeytsin gələcəkdə belə bir layihəsi olduğuna dair heç bir dəlil tapılmayıb.


Ortada hər hansı bir dəlil yox ikən may ayında "YouGov" tərəfindən keçirilən anket sorğusunda amerikalıların 28%-nin mikroçip iddiasına inandığı bəlli olub.


Jalə Mehdi

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR