Bill Klinton xəstəxanadan evə buraxıldı

Bill Klinton xəstəxanadan evə buraxıldı
Qan zəhərlənməsi səbəbindən Kaliforniya ştatında xəstəxanaya yerləşdirilən ABŞ-ın keçmiş prezidenti Bill Klinton tibb mərkəzindən evə buraxılıb.

Sfera.az xəbər verir ki, bu barədə Klintonun nümayəndəsi Anxel Urenya özünün tvitterdəki hesabında yazıb.

O, əlavə edib ki, B. Klintonun temperature, ağ qan hüceyrələrinin sayı normallaşıb və antibiotik kursunu tamamlamaq üçün Nyu-Yorkdakı evinə qayıdacaq.

OXŞAR XƏBƏRLƏR