"Bilirəm ki, bu paylaşımımı tənqid, təhqir edəcəklər" - Nadir Qafarzadə faciəli şəkildə ölən müğənnidən DANIŞDI
Maqazin
16:00 / 04.05.2021
4356
"Sözüm bitib heç nə deyə bilmirəm. Allah bilən məsləhətdir. Dünyanın ədalətinə bax, bir həftənin içində ana və oğul dünyasını dəyişdi”.
Sfera.az-ın məlumatına görə, bunu ifaçı Nadir Qafarzadə müğənni Aslan Hüsyenovun ölümü ilə bağlı danışarkən deyib. O, hər kəsi mehriban olmağa səsləyib:
"Ölüm gözlə qaş arasındadı. Ona görə mehriban olmağımız yetərlidir. Gəlin, bir-birimizi az pisləyək, qarğışlayaq, söyək, qurtaraq bu söhbətləri. Bir-birimizi itirəndən sonra "yaxşı oğlan idi” deməyək. Bu insanlara elə sağlığında da qiymət versək, olmaz? Rəhmətə gedən insan sağ olanda da yaxşı idi. Niyə öləndən sonra ona rəhmət oxuyurlar. Bilirəm ki, bu paylaşımımı tənqid, təhqir edəcəklər. Etməyin, sonra mən öləndə "yaxşı oğlan idi” deyəcəksiz”.
Türkan
Sfera.az