Biləsuvarda sakinlər su probleminə görə yolu bağladılar

Biləsuvarda sakinlər su probleminə görə yolu bağladılar
Biləsuvar rayonunun Yuxarı Cürəli və Təzəkənd kəndlərinin bir qrup sakini Rayon İcra Hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək nəqliyyatın hərəkətinə maneə yaradıblar.

DİN Mətbuat Xidmətin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, polis əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara riayət etməyən və ictimai qaydanı pozan bir neçə şəxs polis şöbəsinə gətirilib: "Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Digər sakinlər isə onları narahat edən məsələ ilə bağlı, yəni su problemi ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı və rayondakı digər aidiyyatı qurumlar tərəfindən qəbul edilib. Onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür”. // "Qafqazinfo"


OXŞAR XƏBƏRLƏR