Biləsuvarda “patı” satan qadın narkotacir saxlanıldı

Biləsuvarda “patı” satan qadın narkotacir saxlanıldı
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 11 kiloqramdan artıq çəkidə müxtəlif növ narkotik vasitə və "patı”, "şüşə” kimi tanınan psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumat görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Fatimə Babayeva, Nicat Tağıyev və Alim Mirzəyev sonuncunun idarə etdiyi "Vaz 2106” markalı avtomobillə Biləsuvar rayonu ərazisində saxlanılıblar.

Keçirilən baxış zamanı F.Babayevanın əlində olan idman çantasının içərisində ayrı-ayrı plastik qablarda 8 kiloqramdan artıq heroin, 2 kiloqram 70 qram tiryək, 1 kiloqram 100 qram "patı”, "şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, 270 qram qurudulmuş marixuana, 1 ədəd bıçağa bənzər kəsilici alət aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və Bakı şəhərinə aparmaqla orada satışını və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

OXŞAR XƏBƏRLƏR

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...