Biləsuvarda karantin rejimini pozan kafe aşkarlandı, 20 nəfər cərimələndi

Biləsuvarda karantin rejimini pozan kafe aşkarlandı, 20 nəfər cərimələndi
Biləsuvarda karantin rejimini pozan 20 nəfər cərimələnib.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

Keçirilən baxış zamanı həmin obyekti icarə əsasında işlədən Y.Kazımovla yanaşı orada 19 nəfər müştərinin də olduğu müəyyən edilib. Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

OXŞAR XƏBƏRLƏR

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...