Biləsuvar sakini 4 nəfəri bıçaqladı

Biləsuvar sakini 4 nəfəri bıçaqladı
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Amankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Qoşqar Orucov mübahisə zəminində həmkəndliləri - İsa Abbasovu, Tural Yəhyalını, Sənan Yəhyayevi və Ərəstun Şahmarovu bıçaqlayıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hadisənin səbəbləri və təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
 
(Report)

OXŞAR XƏBƏRLƏR