Bezos “Napoli”ni alır
13:30 / 26.01.2022
528
Amazon şirkətinin rəhbəri Ceff Bezos futbol sektoruna daxil olmağa hazırlaşır.
Sfera.az xəbər verir ki, ABŞ-dan olan milyarder "Napoli”ni almaq istəyir.
Bu iddiaların təkzib olunmaması xəbərin gerçəkləşəcəyi ehtimalını artırıb. "Napoli” azarkeşlərinin də klubun yeni sahibinin Ceff Bezos olmasını istəyir.
Qeyd edək ki, A seriyası təmsilçisinin hazırkı sahibi Aurelio De Laurentiisdir.