Bəzi şəxslərdə niyə birinci dozadan sonra ağırlaşma olur? - Açıqlama

Bəzi şəxslərdə niyə birinci dozadan sonra ağırlaşma olur? - Açıqlama
Xüsusilə son vaxtlar vaksindən sonra (I doza) bəzi şəxslərdə ağırlaşmaların olması və bunun ciddi problemlə nəticələndiyi bildirilir.
 
Maraqlıdır, vaksin hansı halda ağırlaşma yarada bilər? Birinci dozadan sonra yoluxan şəxslər xəstəliyi ağır keçirə bilərmi?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli pfizer-biontech vaksininin ürəklə bağlı problem yarada biləcəyini deyib:
 
"Vaksinin əks təsirləri mümkündür. Məsələn, pfizer-biontech vaksininin miokardit (ürək əzələsinin iltihabı) törətməsi halı bəzi şəxslərdə görülüb, amma bu, COVİD-19 xəstəliyində tez-tez baş verən miokardit kimi təhlükəli olmayıb, daha tez bərpa olunur. Digər bu kimi kənar effektləri müşahidə etsək də bunlar xəstələndikdə baş verə biləcək ağırlaşmalarla müqayisə belə oluna bilməz. Əvəzində isə xəstəlikdən qorunmaq üçün keyfiyyətli immunitet qazanmış oluruq".
 
İnfeksionist I dozadan sonra yoluxan şəxslərin xəstəliyi ağır keçirmə faktına da münasibət bildirib:
 
"Vaksindən dərhal sonra yoluxmaq məsələsinə gəldikdə deyə bilərəm ki, bu hallarda xəstəliyin ağırlığına vaksinin qeyd olunan bir əks təsiri yoxdur".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR