\"Bəzi qapalı məkanlarda maska tələbi ləğv ediləcək\" - AÇIQLAMA

\
Artıq iyunun əvvəllərindən etibarən ölkədə karantin rejiminin yumşaldılması istiqamətində addımlar atılır.
 
Verilən qərarlar içərisində açıq havada maska istifadəsi zərurətinin ləğvi də yer alır.

Maraqlıdır, yoluxmanın 100-dən aşağı düşdüyü vaxtda qapalı məkanlarda da maskanı ləğv etmək olar? Əgər bu qərar qəbul edilərsə, ilk olaraq hansı məkanlar üçün tətbiq edilə bilər? 

Məsələ ətrafında Sfera.az-a danışan həkim infeksionist Ruhiyyə Məmmədova bəzi qapalı məkanlarda maska zərurətinin ləğv edilə biləcəyini qeyd edib:

"Məlum olduğu kimi hazırda koronavirusa yoluxma 50-dən aşağı olur. Bu, bəzi sərt qadağaların aradan qaldırılmasına imkan verir. Lakin istənilən halda birdən-birə bütün qadağaları ləğv etmək olmaz. Açıq havada maska qadağasının ləğvi düzgün addımdır. Çünki sosial məsafə qorunacağı təqdirdə yoluxma riski yoxdur. Lakin eyni qaydanın bütün qapalı məkanlara şamil olunması doğru deyil. Məsələn, məktəblərdə, yaxud ictimai nəqliyyatda bu qadağa ləğv edilərs,  yoluxmada kəskin artım müşahidə edə bilərik. Bu baxımdan ictimai nəqliyyat, məktəb və insanların kütləvi sıx toplaşdığı yerlər xaricində digər məkanlarda maska zərurəti ləğv edilə bilər. Lakin istənilən halda bu qadağa bizim sağlamlığımız üçün nəzərdə tutulub. Koronavirusun yeni mutasiyalarının yayıldığı bir vaxtda ehtiyatı əldən vermək olmaz. Bəzi insanlar xəstəliyi ağır keçirməsə də yoluxduruculuq qabiliyyətləri yüksək ola bilər”.

Əzizə Zeynal 
Sfera.az

OXŞAR XƏBƏRLƏR