"Bəzi millət vəkilləri ya oxumayıb, ya da..." - Ziyafət Əsgərov

"Bəzi millət vəkilləri ya məhkəmə-hüquq islahatlara dair paketi oxumayıb, ya da oxuyubsa, başa düşməyib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, bəzən müstəntiqlər eyni növ cinayətlər üzrə müxtəlif yanaşmalar tətbiq edə bilər: "Bu da nəticədə müəyyən narazılıqlara səbəb olur. İşlərin Avropa Məhkəməsinə gedib çıxmaması üçün Prezident Ali Məhkəmənin qarşısında vəzifə qoyur ki, ümumiləşdirmə aparsın, hansı cinayət necə tövsif olunsun. Yəni burada vahid məhkəmə təcrübəsinin tətbiqindən söhbət gedir. Yəni insanlar incidilməsin, ədalət mühakiməsi yüksək səviyyədə təmin olunsun”.

Vitse-spiker xüsusi ekspertlərin səlahiyyəti ilə bağlı məsələyə də toxunub: "Gəlin bunu sınaqdan keçirək, görək özəl ekspertlər necə fəaliyyət göstərəcək. Tutaq ki, narkomaniya, ağır avtoqəzalarla bağlı biz ekspertizanı özəl ekspertlərə həvalə etsək, onların nəticəsinin necə olacağını bilmirik. Məhkəmə həmin ekspertizanın nəticəsini əsas götürüb insan taleyi ilə bağlı qərar çıxaracaq. Dövlət ekspertizasında elə avadanlıqlar, imkanlar var ki, bu özəl ekspertlərdə də var. Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq ki, hansı qərarı versin. Ekspertiza o qədər ağlabatan olmalıdır ki, məhkəmə qərar verə bilsin. Bu qanunu alqışlamaq və səs vermək lazımdır”.

OXŞAR XƏBƏRLƏR

Milli Məclisdə parlamentin buraxılması müzakirəyə çıxarıldı - SON DƏQİQƏ

  "Cənab Prezident tərəfindən həyata keçirilən struktur islahatları yeni mərhələyə qədəm qoyub. Aparılan islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanı...

Xanım deputat Oqtay Əsədova əsəbləşdi: "ELƏ ÖZÜN DANIŞIRSAN..."

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. Plenar iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombud...

“Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun” - Zatulin

Noyabrın 18-də Rusiyanın Birinci telekanalının populyar "Pozner” müsahibə proqramında aparıcı Vladimir Pozner və Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələlər...

“SSRİ-ni onlar dağıtdı” – Qorbaçov

SSRİ-nin dağılmasında 1991-ci ilin avqustundakı çevriliş cəhdini planlaşdıranlar və bu cəhddən sonra SSRİ rəhbərliyinin zəifləməsindən istifadə edənlər məsuldur...

Müxalif partiya liderindən Gülər Əhmədovaya dəstək: “Kömək etməyə hazıram…”

"Gülər Əhmədovaya nə köməlik lazımdırsa, etməyə hazıram”. Bu sözləri Sfera.az-a açıqlamasında keçmiş millət vəkili Gülər Əhmədovanın bəraət almaq ü...

AXCP və REAL növbəti dialoqa dəvət olunacaq - AÇIQLAMA

"Dialoq mühitinin yaranmasının adına çox vacib tədbir idi. Heç kim heç kimə düşmən olmamalıdır. Bəzi xarici qüvvələr Azərbaycanın gənc dövlət olmasından, zə...