\"Bəzi məkrli insanların...\" - Ceyhun Osmanlıdan gündəm yaradan sözlər

\

"Azərbaycanda bəzi jurnalist və bloqerlər, o cümlədən sayt rəhbərləri və əməkdaşları var ki, qəlbən saf və təmiz olduqlarına görə bəzi məkrli insanların saxta ideologiyaları ilə aldadılıblar. Bu insanların hər birinin inkişafına dəstək vermək əvəzinə onları sifarişli yazılara alət ediblər. Nəticədə bu insanların oxumaq, təlimlərə qatılmaq, dil öyrənmək, özünü inkişaf etdirmək üçün zamanı əldən gedib və yeni qlobal çağırışlar qarşısında sıxıntıları ortaya çıxıb”.

 

Sfera.az-ın xəbərinə görə, bu fikirlər Yaşıllar Hərəkatının təsisçisi və lideri, sabiq millət vəkili Ceyhun Osmanlıya məxsusdur. O sosial şəbəkədəki son paylaşımında müasir jurnalistikanın problemlərindən və bu problemlərin həll yollarından yazıb:

 

"Sonda da özümüz özümüzə sual veririk ki, niyə xarici dillərdə yazan araşdırmaçı jurnalistlərimiz azdır? Kim yetişdirməli idi onları? Sanki başqaları bunu bizim yerimizə etməli idilər. Ölkə, millət və dövlət maraqları naminə bu insanlara dəstək vermək üçün addımlar atılmalıdır. Hamımız Azərbaycan vətəndaşıyıq. Nə olub keçmişdə qalıb. Öz aramızda düşmən axtarmaq əvəzində dövlət maraqları üçün gələcəyə baxmaq lazımdır”.

 

Orxan


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...