Bəzi ərzaqların bahalaşması ilə bağlı - AÇIQLAMA

Bəzi ərzaqların bahalaşması ilə bağlı - AÇIQLAMA
Bir neçə gündür ki, sosial şəbəkələrdə istehlak bazarında  bəzi ərzaqların və məhsulların qiymətinin qalxması barədə məlumatlar paylaşılır. Bildirilir ki, günəbaxan yağının, qarğıdalı yağının, şəkər tozunun, unun, uşaq bezlərinin qiymətində dəyişikliklər var. 

Belə ki, əvvəl 1.72 qəpik olan günəbaxan yağının qiyməti hazırda 2.71 qəpik, 38 manata olan 50 kq-lıq şəkər tozunun qiyməti 52,5 manata, 24.35 qəpiyə olan 50 kq-lıq unun qiyməti 28 manata, 3.80 qəpik olan Heinz pamperslərinin qiyməti isə 4.80 qəpik olub .

Sfera.az xəbər verir ki, məsələylə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərilib. Sorğumuza cavab olaraq bildirilib ki, bazar iqtisadiyyatı şəraitində qiymətləri dövlət tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) istisna olmaqla, bütün malların (işlərin, xidmətlərin) qiymətləri rəqabət mühitində, tələb-təklif əsasında formalaşır. 

Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsi bir sıra amillərin, o cümlədən dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri nəticəsində dəyişə bilər.

Çox təssüf ki, bəzi hallarda bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq baş verən əsaslı qiymət artımları da cəmiyyətdə süni qiymət artımı kimi qiymətləndirilir. 

Bildirilib ki, əsassız qiymət artımına yol verilməklə rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran hərəkətlərə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Belə ki, "Antiinhisar fəaliyyəti haqqında” Qanunda əsassız qiymət artımına yol verilməklə əldə olunan mənfəət həcmində cərimə nəzərdə tutulur. Eyni zamanda qanunvericilikdə əsassız qiymət artımları nəticəsində inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırmaya görə cinayət məsulliyəti nəzərdə tutulur. 

Bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra  ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Həmin monitorinqlərin nəticələri təhlil olunaraq, rəqabətin pozulması hallarının olub-olmaması araşdırılır. Aparılmış təhlillər zamanı hazırda əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməyib.

Əsassız qiymət artımının vaxtında müəyyən edilərək qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilən tədbirlə bundan sonra da davam etdiriləcək.

Qanun pozuntuları aşkar edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək, habelə cinayət tərkibli hallar aşkar edildiyi təqdirdə toplanmış materiallar aiddiyəti üzrə hüquq mühafizə orqanlarına göndərilicək. (Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...