Bəzi avtobusların hərəkət istiqaməti dəyişdiriləcək - SİYAHI

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdiriləcək - SİYAHI
15 sentyabr Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında keçiriləcək yürüşləri ilə əlaqədar bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Sfera.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Belə ki, 15.09.2021-ci il tarixində səhər saat 09:00-dan mərasim tam başa çatanadək şəhərin qeyd olunan istiqamətlərində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək. 

1-ci istiqamət: Şəhidlər xiyabanı-"İçərişəhər” m/st-İstiqlaliyyət küçəsi- Qala Qapısı - Azneft dairəsi - Bəhram Gur heykəli. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər-3, 5, 6, 10, 18, 31,  37, 39, 53, 65, 88, 125 ve 127 nömrəli marşrutlar.

2-ci istiqamət: S.Vurğun bağı - Bülbül pr.- Neftçilər pr. - Azadlıq pr. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər-2, 4, 5, 10, 18, 32, 46, 49, 88, 125, 127 və 175 nömrəli marşrutlar.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR

Azərbaycanda qız övladları olan ailələri dəstəkləmək və qadınların sosial həyatda iştirakını stimullaşdırmaq təklif edilir. Sfera.az-ın məlumatına görə bi...

Ziya Məmmədova ağır itki üz verdi

Keçmiş nəqliyyat naziri Ziya Məmmədova ağır itki üz verib. Sfera.az Manset.az-a istinadla xəbər verir ki, sabiq nazirin  bacısı oğlu Tahir Əfəndizadə...

DYP-dən bazar müdirinin polislər tərəfindən təzyiqə məruz qalması iddiaları ilə bağlı AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi polislər tərəfindən təzyiqə məruz qaldığını, spirtli içki qəbul etmədiyi halda bu səbəbdən saxlanıldığını iddia edən bazar müdiri ...

Azərbaycanlı alim yeni vəzifəyə təyin olundu

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə yeni sədr müavini seçilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ötən gün...

Ramiz Mehdiyev AMEA-nın kamera sistemini yeniləyir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi qurumun Rəyasət Heyətinin inzibati binasında kamera sisteminin yenilənməsi və turniketlərə üz tanıma...

Benzinin qiymətindəki dəyişikliyin maşın bazarına təsiri – VİDEO

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycanda 95 və 98 oktanlı benzinin qiymətinin artması ilə müəyyən vaxtdır maşın bazarında yaşanan durğunluq da canlanma il...