Beyonsun heykəli qoyuldu - FOTO

Beyonsun heykəli qoyuldu - FOTO

Məşhur müğənni Beyonsun heykəli hazırlanıb. Heykəl Las-Veqas şəhərindəki "Madame Tüsso” muzeyindədir.

Sfera.az xəbər verir ki, müğənninin heykəli bal mumundan hazırlanıb.

Heykəli hazırlayanlar müğənninin 2018-ci ildəki "Coachella” adlı konsertindəki görüntüsündən bəhrələniblər. Heykəl üçün 20 nəfər dörd ay boyunca, 500 saat dayanmadan işləyib.

 

"Dunasti Dance Step” adlı rəqs qrupu Beyonsun bal mumu heykəli ilə birlikdə şəkil çəkdirib.

Qeyd edək ki, açılışdan sonra müğənninin sevənləri onun heykəlini ziyarət etməyə başlayıb.(oxu.az)


OXŞAR XƏBƏRLƏR