Beyninizi belə qoruyun - 5 TÖVSİYƏ

Beyninizi belə qoruyun - 5 TÖVSİYƏ
Möcüzə orqan - beyin. Həyatın, düşünmənin, dərk etmənin, xəyal edə bilmənin, sevə bilmənin, yaddaşın – insan olmanın qaynağı. Müasir radioloji müayinələrlə beynin sirlərini addım-addım öyrənirik, amma kəşf ediləcəklər, öyrəniləcəklər daha çoxdur.
 
Bəs beynimizi necə qoruyaq? 

Sfera.az xəbər verir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahı, Prof. Dr. Əhməd Məmiş beynin qorunması ilə bağlı tövsiyələrini Aile.lent.az-ın oxucuları ilə bölüşüb.

Beyninizi qorumaq üçün bunlara əməl edin:

- Beyninizi qorumaq istəyirsinizsə, ondan faydalı məqsədlər üçün istifadə edin. Kitab oxuyun, öyrənin, problem həll edin. Beyniniz işlədikcə gənc qalacaqdır. "Beyin məşqləri” edin.

- Ağdəniz pəhrizinə üstünlük verin. Bu, sadəcə qəlbinizə deyil, beyninizə də xoş olar.
Qeyd edək ki, Ağdəniz pəhrizi sağlam qidalanmanı nəzərdə tutur. Təbiətdə təbii şəkildə yetişən, GMO-suz meyvə və tərəvəzlər yemək əsas şərtdir. Qidalanmada daha çox karbohidratların üstünlük təşkil etdiyi bu pəhrizdə çörək və makaron əsas yeməkdir. Ağ ət - toyuq və balıq yeməyə icazə var. Yeməklərə və salatlara zeytun yağı əlavə etmək olar.

- Mütəmadi olaraq, fiziki aktivliklə məşğul olun. Hər gün 15-20 dəqiqə qaçmaq belə kifayətdir.

- Sosial həyat yaşayın, ünsiyyətə can atın.

- Qəhvə və kakaonun da qoruyucu faydası var. Gündə 3-4 fincan qəhvə için. Kakaonu kiçik parça qara şokoladla da içə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...