No Image
No Image

“Beynəlxalq ekspertlər daha çox ermənilərin taleyinə görə narahatdır, halbuki...” - Açıqlama

“Beynəlxalq ekspertlər daha çox ermənilərin taleyinə görə narahatdır, halbuki...” - Açıqlama
"Dünən Ermənistanın Baş Naziri Nikol Paşinyan ərazi iddialarını yenidən gündəmə gətirərək "Bütün Dağlıq Qarabağın qaytarılması”ndan danışıb. Maraqlıdır, beynəlxalq ekspertlərin bu təcavüzkar ritorikaya reaksiyası necə olacaq”.

Sfera.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib:

"Azərbaycan Kəlbəcərdə ermənilərin evləri qarət etməsinə və yandırmasına baxmayaraq, rayonun boşaldılması üçün verilən vaxtın 10 gün daha uzadılmasına imkan yaratdığı, Birinci Qarabağ müharibəsindən bu yana 4000 azərbaycanlının hələ də itkin olduğu bir vaxtda 1500 erməni əsgərinin meyitini təhvil verdiyi, Gorus-Qafan yolu, Rusiya qazının Ermənistana nəqli və humanitar yük üçün Azərbaycan ərazisindən istifadəyə razılıq verdiyi halda bütün bunlar qiymətləndirilmir. Halbuki azərbaycanlılar 30 illik müharibə və işğalın acı və itkilərindən hələ də qurtulmayıb.
 
Ötən günlər keçirilmiş "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfrans zamanı verilən bəzi suallar göstərdi ki, bəzi beynəlxalq ekspertlər daha çox ermənilərin taleyinə görə narahatdırlar”.

F.Şəfiyev bildirib ki,  azərbaycanlıların yeganə yolu hərbi imkanlarını daha da gücləndirmək və təxribatlara hazır olmaqdır: "ATƏT-in Minsk qrupunun son bəyanatını da konstruktiv adlandırmaq olmaz. Onlar anlamalıdırlar ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Hazırda onların işi Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqla iki ölkə arasında sülh razılaşmasının imzalanmasına nail olmaq istiqamətində qurulmalıdır. Əks halda, qrupun işinin heç bir əhəmiyyəti qalmır.
 
Bununla yanaşı, Azərbaycan Ermənistandan olan azərbaycanlı qaçqınların taleyi, Ermənistanda Azərbaycana məxsus mədəni irsin qorunması, Ermənistanın Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə bombalar yağdırmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə yanaşı, onların mülklərinin bərpası məsələsini danışıqlar gündəminə gətirməlidir. Ermənistanda Azərbaycana məxsus mədəni irsin qorunması məsələsi ilə bağlı UNESCO missiyasının hər iki ölkəyə səfəri tələb edilməlidir. Azərbaycanın keçmiş işğal olunmuş ərazilərinin tamamilə dağıdılması və talan edilməsinə dair təzminat məsələsi isə başqa bir vacib istiqamətdir”.
 
Günay
 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ

Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. &nbs...

Jurnalistlər Birliyinin sədrindən Operativ Qərargahın brifinqləri ilə bağlı AÇIQLAMA

Hazırda pandemiya dövrüdü və mütəmadi olaraq ölkədə bununla bağlı Operativ Qərargahın brifinqləri təşkil edilir. Lakin bu istiqamətdə jurnalistlərin, o cümlədən...

ABŞ Azərbaycanın üç ermənini azad etməsini alqışladı

"ABŞ Azərbaycanın saxlanılan üç ermənini azad etməsini alqışlayır”. Sfera.az xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Entoni Blinken öz tvitter hesabınd...

Paşinyanın parlamentdə qurduğu “teatr” – “Nikol elə iclasın başlanğıcında...”

"Ötən gün Ermənistan parlamentində formal olaraq yeni baş naziri seçməyə cəhd etdilər. Formal olaraq ona görə ki, siyasi qüvvələr yeganə namizəd - baş nazir v...

“Alınan rüşvətlər sahibinə geri qaytarılmalıdır” - Deputat

"Prezidentin ehtiyat fondundan pullar ayrılırdı ki, əlilləri, tam imkansızları və çarəsizləri evlə təmin etsinlər. Təəssüf ki, əvvəlki rəhbərlik və digər əli ...

İran ermənilərə yardım edir, Rusiya sülhməramlıları göz yumur - Qalmaqallı görüntülər yayıldı

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa "yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.   S...