Beynəlxalq Bankının kart müştəriləri “Qayğıkeş” klubu çərçivəsində 30 mindən artıq nağdsız ödəniş həyata keçirib

Beynəlxalq Bankının kart müştəriləri “Qayğıkeş” klubu çərçivəsində 30 mindən artıq nağdsız ödəniş həyata keçirib

Ölkəmizdə nağdsız ödənişlərin həcminin artırılmasına dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı ötən ilin dekabr ayında "Qayğıkeş” (QayğıCash) layihəsini təqdim etmişdi. Bu layihə çərçivəsində bir neçə ay ərzində Bankın kart sahibləri 30 mindən artıq nağdsız ödəniş həyata keçirib.

"Qayğıkeş” bankın öz tərəfdaşları ilə birgə tətbiq etdiyi "cashback” xidmətidir. Bu xidmət çərçivəsində Azərbaycan Beynəlxalq Bankının bütün ödəniş kartlarının, o cümlədən əmək haqqı, pensiya, eləcə də başqa debet və kredit kartlarının sahibləri bankla tərəfdaş ticarət və xidmət məkanlarında bankın POS terminalları ilə alış-veriş edən zaman ödədikləri vəsaitlərin 1%-dən 40%-dək hissəsi dərhal onların kart hesabına geri qayıdır.

"Qayğıkeş” layihəsinə çox qısa müddət ərzində müxtəlif sektorlarda fəaliyyət göstərən yüzlərlə ticarət və xidmət obyektləri qoşulub və bu say getdikcə artmaqdadır. Bankın bu layihə üzrə tərəfdaşlıq etdiyi ticarət və xidmət məkanları ilə buradan tanış olmaq mümkündür: //www.ibar.az/az/individual/qaygikesh-klubu/

Bank müştərilərinin "Qayğıkeş” (QayğıCash) layihəsinə qoşulmaqdan ötrü xüsusi qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur. Azərbaycan Beynəlxalq Bankının bütün kart sahibləri avtomatik olaraq layihəyə qoşulmuş sayılırlar. Müştərilər geri qayıdan vəsaitlər barədə məlumatı "SMS xəbərdarlıq” xidməti və ya IBAm mobil əlavəsi vasitəsilə əldə edə bilərlər. Hazırda Azərbaycan Beynəlxalq Bankının POS terminallarının sayı 10,000-ə yaxındır. Bank POS terminal şəbəkəsinin sürətlə artırılmasını və nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...