Beynəlxalq Bankın Rusiyadakı törəməsinin xalis mənfəəti kəskin artıb

Beynəlxalq Bankın Rusiyadakı törəməsinin xalis mənfəəti kəskin artıb
 

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən töpəməsi ("ABB-Moskva”) bu ilin I yarısını 246,373 milyon rubl (6,652 milyon manat) xalis mənfəətlə başa vurub.

 

Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 38,7% çoxdur.

 

6 ay ərzində "ABB-Moskva”nın faiz gəlirləri 66,637 milyon rubl (1,799 milyon manat, illik müqayisədə 74,3% az), faiz xərcləri 93,947 milyon rubl (2,537 milyon manat, 61,85% az), qeyri-faiz zərəri 435,553 milyon rubl (11,76 milyon manat, 1 il bundan əvvəl qeyri-faiz gəlirləri olub), qeyri-faiz xərcləri 182,703 milyon rubl (4,933 milyon manat, 34% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 836,06 milyon rubl (22,574 milyon manat, 1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 55,879 milyon rubl (1,509 milyon manat, 1 il bundan əvvəl mənfəət vergisi ödəyib) təşkil edib.

 

Bu il iyulun 1-nə "ABB Moskva”nın aktivləri 6 768,462 milyon rubl (182,748 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 5,5% çoxdur. Bunun cəmi 138,921 milyon rublu (3,751 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,9% böyüyüb.

 

Hesabat dövründə "ABB-Moskva”nın öhdəlikləri 4% artaraq 2 855,636 milyon rubla (77,102 milyon manat), o cümlədən depozit portfeli 3,4 dəfə artaraq 809,844 milyon rubla (21,866 milyon manat), balans kapitalı isə 6,7% artaraq 3 912,826 milyon rubla (105,646 milyon manat) çatıb.

 

Xatırladaq ki, "ABB-Moskva” 2002-ci idən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 124,906 milyon rubldur (111,372 milyon manat).

 

1 rubl = 0,027 manat


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...