Beynəlxalq Bank yeni vakansiya elan edir!!

Beynəlxalq Bank yeni vakansiya elan edir!!
 

Azərbaycan Beynəlxalq Bankı Daxili nəzarət departamentinin Əməliyyatlara xarici nəzarət şöbəsinə Baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq. Həmçinin layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağı təklif edirik

Görəcəyiniz işlər:

  • Bankın müxtəlif istiqamətlərində aparılan əməliyyatlara, riskli hallara, bankdaxili prosedurların və qanunvericilyin pozulması hallarına distant nəzarət etmək;
  • Mövcud daxili müşahidə sistemləri vasitəsi ilə Bankda aparılan əməliyyatlara distant yoxlamaların həyata keçirilməsi;
  • Aparılmış yoxlama nəticələrininin rəsmiləşdirilməsi, aşkarlanmış çatışmazlıqlara dair  tövsiyə və rəyin bildirilməsi,  kənarlaşmaların və pozuntuların aradan qaldırılmasına nəzarət edilməsi.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
  • İnduktiv və Analtik Təhlil  etməyi bacaran;
  • MS Office(Əsasən Excel)  proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Bankda minimum 3-5 il iş təcrübəsi olan;
  • Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının "Əməliyyatlara xarici nəzarət şöbəsinə Baş mütəxəssis şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər dəvət olunacaq



OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...