Beynəlxalq Bank sahibkarlar üçün daha bir kredit məhsulunu təqdim etdi

Beynəlxalq Bank sahibkarlar üçün daha bir kredit məhsulunu təqdim etdi
 


Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə daha bir kredit məhsulunun tətbiqinə başlayıb. Bankın təqdim etdiyi yeni kredit məhsulu "İnvoysların maliyyələşdirilməsi” adlanır. Korporativ müştərilər, o cümlədən kiçik və orta sahibkarlar elan edilmiş hesab-faktura üzrə debitor borclarının ödənişi məqsədilə bu imkandan faydalana bilərlər. Belə ki, bu məqsədlə müvafiq sənədləri təqdim edən korporativ müştərilərə Azərbaycan Beynəlxalq Bankı hesab-fakturada göstərilmiş məbləğin 80%-dək kredit limiti ayırır.

"İnvoysların maliyyələşdirilməsi” kreditinin özəllikləri:

• Kreditin məbləği - 500.000 manatadək

• Kreditin müddəti - 12 ayadək

• İllik faiz dərəcəsi - 15%-dən başlayaraq

 

Müxtəlif biznes ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının filiallarından almaq mümkündür. Bankın iş adamlarına yaratdığı biznes krediti imkanları barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq və uyğun kredit məhsulunu link üzərindən onlayn qaydada sifariş etmək olar: //www.ibar.az/az/internet-banking/corporate-internetbank/biznes-krediti-onlayn-sifari-et/ Müştəri bankın biznes kreditləri barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzinə zənglə də əldə edə bilər.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: "Bankımız tərəfindən təqdim edilən bu yeni məhsul sahibkarlara maliyyə resurslarına daha çevik çıxış imkanı yaratmaqla bizneslərinin inkişafına təkan verəcək. Xüsusilə, kiçik və orta sahibkarlar bundan faydalanaraq maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirə biləcəklər. Sahibkarlar filiallarımıza müraciət edərək, həmçinin bankın korporativ saytından onlayn kredit sifarişi verərək bu fürsətdən yararlana bilərlər”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən,www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmiFacebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...