Beynəlxalq Avtovağzal avtobusların ilk 5 yerinə niyə bilet satmır? (AÇIQLAMA)

Beynəlxalq Avtovağzal avtobusların ilk 5 yerinə niyə bilet satmır? (AÇIQLAMA)
Bakı Beynəlxalq Avtovağzalında ölkədaxili və ölkələrarası sərnişin daşımada istifadə edilən avtobuslarda ilk beş yerin əvvəldən satışa çıxarılmadığı deyilir.

EkoNews-un redaksiyasına daxil olan məlumata görə, Bakı-Tbilisi avtobusuna bilet almaq üçün yaxınlaşan sərnişinə ilk beş yerin indi satışda olmadığı, ancaq avtobus yola düşdüyü gün həmin yerlərə bilet satışının olduğu bildirilib.

Məsələ ilə bağlı avtovağzal kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova ilə əlaqə saxladıq.

Qurum rəsmisi EkoNews-a açıqlamasında xəbəri təsdiqləyərək bildirdi ki, bu məsələ daşımalar haqqında qanunla tənzimlənir: "Həmin yerlər xüsusi ehtiyacı olan insanlar - əlillər, hamilə qadınlar, xəstə insanlar üçün saxlanıldığına görə ən sonda satışa çıxarılır. Bəzən elə ki, onlar gəlib həmin yerləri tələb edir və buna görə də bilet satışı son günə qədər saxlanılır. Əgər həmin yerlər sadaladığım kateqoriyalara daxil olan insanlara satılmayıbsa, digər sərnişinlər biletləri avtobus hərəkət edən gün əldə edə bilər".
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR