Beyləqanda bir nəfər kanalda batdı

Beyləqanda bir nəfər kanalda batdı

Beyləqanda bir nəfər kanalda batıb.

Fövqəladə Hallar Nazirliyinin saytında bildirilir ki, Beyləqan rayonu, Qaradağlı kəndindən keçən kanalda 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər vətəndaşın axtarışına başlayıblar.

Axtarış xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR