Beyləqanda 16 yaşlı oğlan kanalda batdı
20:25 / 06.07.2021
1583
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əmirzeydli kəndində 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun su kanalında batması barədə məlumat daxil olub.
Sfera.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.