Bəyaz Türkiyəni tərk etdi

Bəyaz Türkiyəni tərk etdi
Proqramında baş verən "Ayşə müəllimə” qalmaqalından sonra tənqid olunan məşhur şoumen Bəyaz (Beyazit Öztürk) Türkiyəni tərk edib.
Oxu.Az xəbər verir ki, o, İspaniyanın Barselona şəhərinə köçüb.
İyirmi ildir təqdim etdiyi "Bəyaz şou” proqramında yaşanan son hadisələrdən əhvalı korlanan aparıcı, yalnız çəkilişlər üçün Türkiyəyə gəlir və veriliş bitdikdən sonra ilk təyyarə ilə Barselonaya uçur.
Yay tətilini də orada keçirtmək fikri olan aparıcı yeni mövsümdə ekranlarda olub-olmayacağı barədə qərar verəcək.

Qeyd edək ki, Kanal D televiziyasında 8 yanvar 2016-cı il tarixində efirə gedən "Bəyaz şou”ya canlı telefon bağlantısı ilə qoşulan və özünü "Ayşə müəllimə” kimi təqdim edən qadın ölkənin cənub-şərqində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda uşaqların öldürüldüyünü bildirib. Bəyaz və zalda proqramı izləyən tamaşaçılar isə qadını alqışlayıb. Sosial və ənənəvi mediada etirazlar başladıqdan sonra Bəyaz "Kanal D”nin efirində üzr istəyib.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...