Bəyanatın Paşinyanın imtina etdiyi ilk mətni - Sensasion

Bəyanatın Paşinyanın imtina etdiyi ilk mətni - Sensasion
Ermənistanın Vatikandakı eks-səfiri Mikayıl Minasyan öz Feysbuk səhifəsində 10 noyabrdakı üçlü Bəyanatdan öncə Baş nazir Paşinyana təqdim edilən, amma onun imtina etdiyi və nəticədə imzalanmayan razılaşma mətnini yayıb.

Sfera.az xəbər verir ki, Minasyan Paşinyanın hər yalan bəyanatına sənədlə cavab verəcəyini bildirib.

"Bu, sənin imzaladığın sənəddən öncə təqdim edilən variantlardan biridir. Bundan sonra sən daha ağır təklif aldın və o kapitulyasiya haqqında sənədi imzalayaraq, çıxışı olmayan situasiya yaratdın”, – Minasyan bildirib.

Qeyd edək ki, Minasyanın yaydığı sənəddə 10 bənd yer alıb. Bu sənədin noyabrın 10-da imzalanan sənəddən xeyli fərqi var.

Əsas fərqlər aşağıdakılardır:

– Erməni silahlı qüvvələri Qarabağda saxlanılır;

– Qarabağdan tərəflərin öz tutduqları mövqelərdə qalmasıyla bağlı heç bir bənd yoxdur;

– Azərbaycana yalnız Ağdam, Kəlbəcər (15 noyabr) və Laçın (1 dekabr) rayonları qaytarılır;

– Şuşa ilə bağlı heç bir bənd yoxdur;

– Ermənistan münaqişənin tərəfi kimi tanınmır,

– Laçın dəhlizinin eni 10 kilometr (hazırkı razılaşmada 5 kilometrdir) olaraq müəyyən edilir;

– Rus sülhməramlıları köhnə DQMV-nin bütün sərhədinə yerləşdirilir;

– Regionda bütün xarici muzdlular çıxarılır (Qarabağ bəyanatında ümumiyyətlə muzdlu ifadəsi yoxdur);

– Naxçıvanla əlaqənin təmini məqsədilə Azərbaycan üçün yeni yol çəkilir.

Minasyan paylaşımında yalnız Ermənistan rəhbərliyinin sənədə reaksiyasını təqdim edib.///Axar.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...