Beş ildən sonra benzin və dizeldən imtina edəcəyik? – “Elektromobillər gəlir...”

Beş ildən sonra benzin və dizeldən imtina edəcəyik? – “Elektromobillər gəlir...”
"Dünyada avtomobil sənayesində benzin və dizel yanacağından imtina prosesi gedir. Artıq hibrid, elektromobil avtomobillərə üstünlük verilir”.

Bunu Sfera.az-a açıqlamasında  avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər deyib. O bildirib ki, qarşıdan gələn 5 il ərzində elekriklə çalışan avtomobillərin sayı artacaq: 
 
"Ən çox inkişaf etmiş ölkələrdə demək olar ki, benzin və dizellə idarə olunan avtomobillərin istehsalı tamamilə dayandırılacaq. Əlbəttə,  bu zaman benzinə tələb azalacaq. Belə olan halda, nə qədər paradoksal olsa da, benzinin qiyməti yüksəlməyə başlayacaq. Benzin istehsal edən iri şirkətlər xərclərini, məsrəflərini ödəmək üçün bu addımı atacaqlar”.

Ekspert neft qiymətlərindən də söz açıb: "Ötən il neft qiymətlərinin 70 dollar civarında olacağını da demişdim. Hətta 2021-ci ilin sonlarına doğru ola bilər ki, neftin qiyməti 100 dollar civarında olsun. Bütün bu proseslər isə, benzinin getdikcə  bahalaşmasına səbəb olacaq”
 
Qeyd edək ki, ötən gün Aİ-95 markalı benzinin qiyməti qalxaraq 1.40 manat olub.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

"Ukrayna NATO-ya üzv olmamalıdır" - Alyans üzvü olan daha bir dövlət ETİRAZ ETDİ

“Slovakiya Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasına razı deyil”.   Sfera.az “TASS”a istinadən xə...

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclası 19 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib. 1. Azərbayca...

ABŞ-Ukrayna münasibətləri GƏRGİNLƏŞİR: “Kiyev bu ssenariyə hazır olmalıdır”

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ölkəsinin Rusiyanın neft emalı zavodlarına təşkil etdiyi hücumlarla bağlı ABŞ-nin tənqidi fikirlərinə cavab verib. ...

Tanınmış tiktoker HƏBS EDİLDİ - FOTO

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirili...

Martda Azərbaycanın idxalı ixracdan çox olub – SƏBƏB

Azərbaycanın mart ayında həyata keçirdiyi xarici ticarət əməliyyatlarında idxalın ixracdan çox olması faktı qeydə alınıb. Bunun nəticəsində xarici ticarət balan...

Almaniya Prezidenti Türkiyəyə SƏFƏR EDƏCƏK

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb...