Berluskoni xəstəxanaya yerləşdirilib
12:00 / 04.09.2020
1122
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Milan şəhərində xəstəxanaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, o, bir neçə gün əvvəl koronavirusa yoluxduğunu elan etmişdi.
S.Berluskoni müayinə keçmək üçün xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağlamlıq vəziyyətinin narahatlıq doğurmadığını bildirib.
Ötən gün S.Berluskoni öz tərəfdarlarına müraciətində artıq qızdırmasının olmadığını və özünü yaxşı hiss etdiyini demişdi.