Beriyanın nasistləri tora salmaq üçün seçdiyi 100 fahişənin acı taleyi – Onlar niyə güllələnib?
16:07 / 27.10.2021
2281
Stalinin
hakimiyyəti dövründə sonsuz səlahiyyətlərə malik olan Lavrenti Beriyanın təşəbbüslərinin
əksəri Kreml məmurları tərəfindən birmənalı olaraq qəbul edilib. Bunun
bir səbəbi onun Stalinlə yaxın münasibətləri olubsa, digər səbəbi hər şeyə
qadir "narkom”un unikal və ağılasığmaz təklifləri olub.
Sfera.az-ın məlumatına görə, belə təkliflərdən birini Beriya sovet-alman müharibəsinin
ən ağır günlərində irəli sürüb.
1942-ci ilin yanvar ayında Beriya öz mühafizə rəisini,
polkovnik Rafael Sarkisyanı yanına çağıraraq, olduqca vacib saydığı bir məsələnin
icrasını ona tapşırıb.
Qeyd edək ki, Sarkisyan mühafizə rəisi olmaqla
yanaşı, həm də Beriyanın "qara” işləri ilə məşğul olub. Əyləncə üçün qadınlar
seçmək, kef məclisləri təşkil etmək, pul və hədiyyələri qəbul etmək və ya kiməsə
ötürmək kimi işləri Beriya məhz Sarkisyana etibar edib.
Amma növbəti tapşırıq Sarkisyan üçün gözlnilməz
olub. Mühafizə rəisi Beriyanın ilk cümləsindən çaşıb qalıb. Sonralar məhkəmədə
Sarkisyan "şef”inin bütün sirrlərini açaraq həmin görüş haqqında aşağıdakı ifadəni
verib:
"Yanılmıramsa, 1942-ci ilin yanvar ayının sonları
idi. Beriya axşam saatlarında
məni kabinetinə çağırdı. Kabinetə keçib bir neçə dəqiqə gözlədim. O, iş
masasının üstündəki xəritədə karandaşla işarələr qoyurdu. Sonra kreslosundan qalxıb mənimlə üzbəüz dayandı:
- Rafael,
mənə təcili 100-ə yaxın qadın lazımdır.
Bu cür göstərişlər çox eşitmişdim. Amma birdən-birə
100 qadın məsələsini heç cür anlaya bilmirdim və təəccüblü bir şəkildə sual
verməyə məcbur oldum:
- Lavrenti
Pavloviç, 100 qadın???
- 100
qadın, amma onlar alman dilində mükəmməl danışmağı bacarmalıdırlar.
Mən bu qadınların nəyə lazım olduğunu soruşmadım.
Buna icazəm yox idi. Ümimiyyətlə, Beriyaya sual vermək onun xoşuna gəlmirdi. Sadəcə, bəzi məsələlərə aydınlıq gətirmək
məqsədilə soruşdum:
- Yaş,
milliyyət, hansı peşə sahibi olmalarının fərqi vacibdirmi?
- Maksimum
35 yaş, rus qadınları, yaxud da rus qadınlarına bənzər. Ən əsası alman dilini
bilmələri və məxfilik məsələsi. Onlardan agent qismində istifadə ediləcək. Təminat
lazımi səviyyədə olacaq.
Mən tapşırığımı alıb səhərisi gündən onun icrasına
başladım...”
Beriya bu qadınları almanların SSRİ-ni işğal etdiyi ərzilərdə
açdıqları fahişəxanalarda istifadə etmək üçün "səfərbər” edib. Bu fahişəxanalar
Almaniya hökuməti tərəfindən işğal olunmuş ərazilərdə rəsmi şəkildə fəaliyyət
göstərib.
Belə ki, İkinci Dünya müharibəsi başladıqdan bir neçə
ay sonra Almaniyanın daxili işlər naziri Vilhelm Frik Hitlerlə məsləhətləşmələrdən sonra Vermaxt
qoşunlarının şəxsi heyəti üçün səhra fahişəxanalarının yaradılması ilə bağlı əmr
imzalayıb. Məqsəd alman döyüşçülərinin intim problemlərini həll etməklə yanaşı,
həm də onları zöhrəvi xəstəliklərdən qorumaq, təsadüfi cinsi əlaqələrdən
yayındırmaq və zorlama hallarına yol verməmək olub. O, cümlədən SSRİ-nin işğal
olunmuş ərazilərində də bu cür fahişəxanalar fəaliyyət göstərib.
Həmin fahişəxanalara digər işğal olunmuş ölkələrdən,
o cümlədən SSRİ-nin işğal olunmuş ərazilərdən qadınlar cəlb olunub. Cəlbetmə məsələsi
əvvəlcə könüllü olsa da, sonralar məcburi şəkildə həyata keçirilib.
Fahişəxanalarının
rəhbərləri həkimlərdən təyin olunub. İntim xidmət göstərən qadınlar hər gün
tibbi yoxlamadan keçib. Zərurət yarandığı halda onlar müayinə və müalicə üçün xəstəxana
və hospitallara göndəriliblər.
Nasistlrərin
fahişəxanaları üç kateqotiyaya bölünüb. Sıravi döyüşçülər, serjantlar və yüksək
rütbəli zabitlər üçün. Hər alman döyüşçüsünə ay ərzində dörd dəfə öz intim ehtiyacını
ödəmək imkanı verilib. Bunun üçün onlara ayda dörd icazə talonu verilib. Fahişəxanalardakı
bütün xərclər Almaniya hökuməti tərəfindən ödənilib.
Beriya
alman dilini bilən rus qadınlardan yüksək rütbəli zabitlər üçün nəzərdə tutulan
fahişəxanalarda istifadə etməyi planlaşdırıb. Qadın "seçimi” məsələsində peşəkar
olan Sarkisyan çox qısa müddətdə alman dilini bilən və yaşı 35-dən aşağı olan
76 qadının siyahısını Beriyaya təqdim edib. Əvvəlcə onlara xüsusi təlimat
verilib. Bildirilib ki, onlar alman zabitlərinin yanında özlərini elə
aparmalıdırlar ki, guya alman dilində bir kəlmə də bilmirlər. Təlimatda həmin
qadınlar alman zabitlərini öz hesablarına içkiyə dəvət etmələri və onları sərxoş
vəziyyətə salmaları da göstərilib. Qadınlara göstəriş verilib ki, onlar alman
zabitlərinə elə intim xidmət göstərməlidirlər ki, fahişəxanadan çıxdıqdan sonra
da əlaqələri davam etsin.
Beriyanın
planı uğurlu alınıb. Altı ay ərzində alman zabitlərinə intim xidmət göstərən
qadınlar onlarla daimi əlaəqələr quraraq, 120-yə yaxın məxfi məlumat əldə etməyə
nail olublar. Qadınların alman dilini bilmədiklərini zənn edən zabitlər telefon
danışıqlarında, yazışmalarında özləri də bilmədən SSRİ üçün vacib olan
informasiyaları həmin qadınlara ötürüblər.
Xidmət
göstərdikləri ərəfədə Beriya tərəfindən qadınlara yüksək "qonorar” verilib.
Amma həmin vəsaiti xərcləmək onlara qismət olmayıb.
Məhkəmə
prosesində Sarkisyan bu məsələyə də aydınlıq gətirib:
İlham Cəmiloğlu
Sfera.az