Bergüzar Korel üçüncü dəfə ana olacaq

Bergüzar Korel üçüncü dəfə ana olacaq
Ötən il ikinci uşağını dünyaya gətirən məşhur türkiyəli aktrisa Bergüzar Korel yenə hamilədir.
 
Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb. O bildirib ki, hamiləliyi ilə bağlı ekranlardan uzaqlaşmaq məcburiyyətindədir.

"Hamilə olmağım hazırda iştirak etdiyim serialın çəkilməsinə əngəl deyil. Ancaq COVID-19-la bağlı yoluxmaların artması səbəbilə çəkilişlərini növbəti tarixlərə saldığımız serialı həm də fiziki dəyişikliyimə görə, dayandırmalı olduq”, - deyə Korel qeyd edib.

Qeyd edək ki, Bergüzar "Kanlı Yayın” adlı serialda Neslihan obrazını canlandıracaqdı. O, sonuncu dəfə 3 il əvvəl "Vatanım sensin” serialında aktyor həyat yoldaşı Halit Ərgənçlə baş rolları paylaşmışdı.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR