Bərdədə yanğın: Üç nəfər zəhərləndi - FOTO

Bərdədə yanğın: Üç nəfər zəhərləndi - FOTO

Bərdədə yanğın faktı qeydə alınıb. 

Sfera.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli binada baş verib. 

Rayon sakini Aydə Əzizovaya məxsus mənzildə baş verən yanğın zamanı üç nəfər tüstüdən zəhərlənib və bir neçə nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.  

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. 

Tüstüdən zəhərlənən rayon sakinləri - 1981-ci il təvəllüdlü Əzizova Aydə Bədir qızı, 1985-ci il təvəllüdlü İsmayılova Şəlalə Oruc qızı və 2003-cü il il təvəllüdlü Yusifzadə Əfsanə Xəyal qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlar ilkin yardımdan sonra evə buraxılıb.(oxu.az)

 



OXŞAR XƏBƏRLƏR