Bərdədə iki qadını ilan sancdı - FOTO

Bərdədə iki qadını ilan sancdı - FOTO

Bərdə rayonunda ilan sancma iləbağlı iki hadisə qeydə alınıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərəgörə, hər iki şəxs rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, rayonun Əyricə kəndində müvəqqəti məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü, 1968-ci il təvəllüdlüƏsgərova Südabə Qüdrət qızı toyuqlara dən verən zaman gürzə ilanı onu sağ ayağından vurub.

Digər hadisə isə rayonun Lənbərən kəndində baş verib. 1983-cu il təvəllüdlü Gülnar Vəli qızı Bayramova əkin sahəsində işləyərkən sol ayağından ilan sancıb.

Hər iki qadın yaxınlarınınköməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada olan yaralıların vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

 


OXŞAR XƏBƏRLƏR