Bərdədə ər arvadını BIÇAQLADI

Bərdədə ər arvadını BIÇAQLADI
Sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Müvafiq ekspertizalar təyin edilib.

Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR