Bərbərxana və gözəllik salonlarında işləyənlərin nəzərinə - 6000 manat cərimə... - VİDEO

Bərbərxana və gözəllik salonlarında işləyənlərin nəzərinə - 6000 manat cərimə... - VİDEO
Bərbərxana və gözəllik salonlarına da kassa-aparatları qoyulacaq. Məqsəd kölgə iqtisadiyyatının miqyasını azaltmaq və gəlirləri leqallaşdırmaqdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vərgi Xidmətinin əməkdaşı Eldar Mədətov bildirib ki, bu ilin yanvarın 1-dək Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisinalar nəzərə alınmaqla, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları məcburi olaraq nəzarət-kassa aparatları ilə həyata keçirilirdi. Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bu siyahı genişləndirilib.

Eldar Mədətov deyib ki, qeyd edilən fəaliyyət sahəsində, yəni bərbərxanalar və gözəllik salonlarında da vergi münasibətlərində şəffaflıq təmin ediləcək.

 

Qeyd edək ki, bərbərxanalar və gözəllik salonunda işləyənlərin bir çoxu məsələdən xəbərsiz olduqlarını deyirlər.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasında qaydaların pozulmasına görə vergi ödəyicisinə belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox yol verildikdə 6000 manat məbləğində cərimə olunacaqlar.

Sfera.az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” KEÇİRİLƏCƏK

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək.   Bunu Sfera.az-a Azə...

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"

Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin...

Kloppun yerinə yeni namizəd var - Danışıqlar BAŞLADI

Fransanın “Lill” klubunun baş məşqçisi Paulo Fonseka “Liverpul”da Yurgen Klopun yerinə namizəddir.   Sfera.az bildirir, mers...

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.   Bu barədə...

Dövlət başçısı: "Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir"

Biz iqtisadiyyatımızı şaxələndiririk. Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir.   Sfera.az xəbər verir ki, bu s...

Bəzi rayonlara yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Saat 16:30-a olan məlumata əsasən Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.   Bu barədə ...