No Image
No Image

Bərbər və gözəllik salonlarına onlayn növbə ilə gedəcəyik

Bərbər və gözəllik salonlarına onlayn növbə ilə gedəcəyik
Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq olunacaq.

Sfera.az xəbər verir ki, bu barədə "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də deyilir.

Bildirilib ki, iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır.

Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir.

Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır.

Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir.

Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir.

Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır.

Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir.

Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir.

Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ermənilər Kəlbəcərdə ordumuza məxsus “Ural”ı vurub? - RƏSMİ CAVAB

Müdafiə Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri t...

MN atəşkəsin pozulması ilə bağlı MƏLUMAT YAYDI

"Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur". ...

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti...

Müdafiə Nazirliyi məlumat yaydı - Kəlbəcərdə atışma davam edir

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.  Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətind...

Nizam Osmanov Müdafiə nazirinin müavini təyin edildi - SƏRƏNCAM

General-leytenant Osmanov Nizam Ramazan oğlu – Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, ...

Şuşaya dəmir yolu xətti çəkiləcək

"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır. Sfera.az xəbər verir ki, bunu jurn...