Benzinin bahalaşması elektromobillərə və velosipedlərə marağı artıracaq – Ekspertdən açıqlama
12:05 / 15.09.2021
818
"Yüksək
oktanlı benzinin ardıcıl olaraq bahalaşması avtomobildən istifadə prosesinə və
yanaşmalara təsir edəcək”.
Sfera.az
bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.
O,
fərdi avtomobil həvəskarlarının köhnə avtomobillərə daha çox meyil edəcəklərini
bildirib:
"Çünki
belə avtomobillər nisbətən ucuz olan 92 oktanlı benzini rahatlıqla işlədir.
Dizel mühərriklərinə də maraq artacaq. Bu isə avtomobillərin mümkün ekoloji zərəri
baxımından arzulanan deyil. Yüksək oktanlı benzinin qiymətinin qalxması alıcıların
elektromobillərə və hibridlərə üz tutmasını da sürətləndirəcək. Xüsusən
elektromobillərə marağın getdikcə artması gözləniləndir və bunun üçün həm dövlət,
həm də biznes təsisatları zəruri addımlar atmalıdırlar”.
Ekspert
qeyd edib ki, benzinin qiymətinin bahalaşması bütövlükdə avtomobilləşmə
prosesinə mənfi təsir göstərəcək:
Günay
Rəsulqızı