Bentley yenilənmiş Mulsanne təqdim etdi

Bentley yenilənmiş Mulsanne təqdim etdi

"Bentley” şirkəti sedan "Mulsanne”-nin təkmilləşdirilmiş versiyasının sirrini açdı. Yeniliyin təqdimatı mart ayında Cenevrədəki avtosalonda keçiriləcək. Model Avropada bu yay satışa çıxarılacaq. Avtomobilin əsas rəqibləri "Rolls-Royce Phantom” və  "Mercedes-Maybach S-Class”-dır.

Restaylinq olunmuş sedan uzadılmış təkər bazası olan modifikasiya alıb ki, onun sayəsində arxa oturacaqdakı sərnişinlərin ayaqları üçün daha böyük yer alınıb.  Bundan əlavə, yeni sedanı 6 nəfərlik salon modifikasiyası ilə də əldə etmək olar. Avtomobil fərqli radiator barmaqlığı, bamperlər və yeni optika ilə təchiz edilib.

Sedanın kapotu altında 6,75-litrlik benzin tvin-turbo V8 mühərriki quraşdırılıb. Restaylinqdən əvvəlki model də bu mühərriklə təchiz edilirdi. O, 512 a.g. və 1020 Nm fırlanma anı verir. Mühərrik 8-pilləli avtomat ZF sürət qutusu ilə hərəkət edir. Avtomobil 100 km/saata 5,1 saniyəyə sürətlənir. Maksimal sürət 300 km/saatdır.

"Bentley”, həmçinin yeni kabriolet "Mulsanne Grand Convertible”-ın təqdimatına hazırlaşır. Avtomobilin satışı 2017-ci ilin əvvəlində başlayacaq.

AUTO.AZ


OXŞAR XƏBƏRLƏR