\"Benjamin əməliyyatı\" nın təffərrüatları: Saxta pulla aldığı saxta içkidən öldü - FOTO
19:01 / 30.09.2021
1264
Ankarada yerləşən 20 əyalətdə təşkil edilən "Benjamin" adlı saxta pul əməliyyatında şübhəli bilinən 96 nəfər saxlanıb.
Sfera.az xəbər verir ki, tutulan şəxslərin təxminən 1 milyon manata yaxın saxta xarici valyuta və türk lirəsi hazırladıqları məlum olub. Aparılan əməliyyatda şəbəkə üzvlərinin İnstagram və Facebook kimi sosial media hesablarından saxta pul satan dəstəsi ələ keçirilib.
Telefon danışıqları ilə ələ keçməmək üçün WhatsApp, Instagram və Facebook vasitəsi ilə əlaqə quran təşkilat üzvləri istehsal etdikləri saxta dollar, xalça və parçalar üçün "Benjamin" kimi adlar istifadə edərək şifrəli formada danışdıqları müəyyən edilib.
Təşkilatın menecerlərindən olan Camal Durdubaşı əməliyyatdan 4 gün əvvəl buraxdıqları saxta pulla aldığı saxta içkidən zəhərlənib və xəstəxanada dünyasını dəyişib.
Gülər
Sfera.az