“Bəlkə əvvəlkindən yaxşısını tikəcəklər?” – Aqil Abbasban İçərişəhər söküntüsünə reaksiya

“Bəlkə əvvəlkindən yaxşısını tikəcəklər?” – Aqil Abbasban İçərişəhər söküntüsünə reaksiya


"Qoy söksünlər, təzədən tiksinlər, bəlkə əvvəlkindən yaxşısını tikəcəklər…”

 

Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Aqil Abbas deyib:

  

"İçərişəhərdə Qala divarlarının söküldüyünü şəxsən görməmişəm. Oxuduğuma görə ora bir il bundan qabaq sökülüb və orada nəsə tikilib. Tam oalraq dəqiqləşdirdikdən sonra bir söz deyə bilərəm. Tarixi abidələrimizdən Zaqataladakı kilsə uçub dağılır, bir sıra yerlərdə olan digər kilsə və məscidlərimizin də təmirinə ehtiyac var. İçərişəhərdə də qoy, söksünlər təzədən tiksinlər. Bəlkə əvvəlkindən daha yaxşısını tikəcəklər”.


Qeyd edək kii, sosial şəbəkələrdə yayılan məlumata görə, İşərişəhərdə qala divarlarının bir hissəsi sökülüb və onun yerində restoran, bar tikilir. Bu isə cəmiyyətdə böyük etiraza səbəb olub.

 

Elçin


OXŞAR XƏBƏRLƏR