“Bələdiyyələrin üzərindən “torpaq satan” damğasını götürməliyik” - Deputat
11:40 / 24.11.2021
505
"Get-gedə hakimiyyət mərkəzləşir, yerli
hakimiyyət mərkəzə tabe olur”.
Sfera.az xəbər verir ki, bunu deputat Razi
Nurullayev Milli Məclisinin plenar iclası zamanı deyib.
"Belə çıxır ki, biz sosial əmək və idarəetmə
sistemini bərpa edirik. Bələdiyyələr dotasiya ilə saxlanıla bilər? Bələdiyyələrin
effektiv işləməsi üçün onların üzərlərindən
"torpaq satan" damğası götürülməli onların, maliyyəsi genişləndirilməlidir.
Yerli vergilər bələdiyyənin büdcəsinə daxil edilməlidir".
Deputat Siyavuş Novruzov isə bələdiyyələrin
müxtəlif sahələr üzrə vergi topladığını bildirərək, bu qurumlara əlavə vəsait
ayrıla biləcəyini deyib.
Qeyd edək ki, deputat Razi Nurullayev çıxışı
ilə iclasın gündəliyində olan "Yerli (bələdiyyə) vergilər və ödənişlər
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsinə (ikinci oxunuş) etiraz edib.