Bələdiyyələrin işi təkcə arayış satmaq olmamalıdır – Nə edə bilərdilər, nə etdilər?
11:12 / 05.03.2021
436
"Əslində,
bələdiyyə və icra strukturları arasında rəqabət olmalıdır. Azərbaycanda bələdiyyə
institutu yaranan zaman fikirləşirdik ki, onlar xalqa daha yaxın olacaqlar.
Xalqın güzəranı, sosial-məişət problemləri ilə birbaşa təmasda olub, onlarla
maraqlanıb həllində dövlətə və icra strukturlarına kömək edəcəklər”.
Sfera.az xəbər verir ki, bunu yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, düşünülənlərin əksinə, bələdiyyələrin passiv fəaliyyəti insanların
onlara olan marağını, inamını tamamilə öldürüb:
"Bələdiyyələr ancaq vergi yığılan zaman,
torpaq alqı-satqısında ortaya çıxmaqla və bu tipli bürokratik metodlardan
istifadə etməklə əslində Azərbaycan əhalisinin inamsızlığı ilə bağlı problem
yaşayırlar. Bələdiyyə təsisatına olan maraq get-gedə azalır. Əgər bələdiyyə sədrləri,
müavinləri, üzvləri onları seçən yerli əhali ilə işləyə bilmirsə və həmin vətəndaşların
qəbulu ilə əlaqəli müəyyən qrafik qoyurlarsa, onda onlar niyə seçilirdi?
Görünür ki, bələdiyyə ya icra strukturlarına,
məmurlara lazım olan müəyyən fəaliyyəti göstərmək üçün əhalidən arayışa pul
almaqla , torpaq satmaqla, vergilərin bir qismini yığmaqla, dövlət büdcəsindən
gələn pulu mənimsəyib öz qohum-əqrabasının arasında bölməklə baş qatırlar”.
Günay Rəsulqızı