Belçika parlamentinin deputatı Şevket Temiz: \"Ramin Əhmədovun təşviqat startegiyasi uğurludur\"

Belçika parlamentinin deputatı Şevket Temiz: \
 "Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərini diqqətlə izləyirəm. Azərbaycan dövlətçiliyinin daha da güclənməsi və iqtisadi inkişaf üçün seçkilərin keçirilməsi mühum hadisədir”.

Sfera.az  xəbər verir ki, bu sözləri Belçika parlamentinin deputatı Şevket Temiz bildirib.

O qeyd edib ki, gənclərin seçkilərdə fəallıq göstərməsi sevindirici haldır: "Seçkilər Azərbaycanda elan edilmiş islahatlar siyasətini gücləndirəcək. Mətbuatda izləyirəm ki, gənc kadrlar irəliyə çəkilir. Azərbaycan üçün yaxşı hadisədir. Həm də sosial şəbəkələr vasitəsilə namizədələrin həyacanla apardığı təbliğatı görürəm. Azərbaycanlı namizəd dostlarımıza uğurlar arzulayıram. Dostumuz, gənc siyasətçi Ramin Əhmədovun seçkilərdə iştirak etməsi məni sevindirdi. O, Azərbaycanın siyasi-ictimai həyatında fəallığı ilə seçilən insandır. Ramin Əhmədovun deputatlığa namizəd kimi seçkilərdə iştirakı onun gələcək siyasi həyatında yeni çığır açacağına inanıram. Gənc siyasətçinin təbliğat və təşviqat strategiyası uğurludur. O, mükəmməl seçki təbliğatı aparır. Bunu sosial şəbəkələr və mətbuat vasitəsilə izləyirəm. Perspektivli siyasətçidir. İnanıram ki, seçiləcəyi təqdirdə gələcəkdə Belçika-Azərbaycan parlamentləri arasında əlaqələrin inkişafı istiqamətində də çalışacaq. İki ölkə arasında mədəni-sosial və siyasi-iqtisadi əlaqələrə öz töhfələrini verəcək. Ramin Əhmədov daxil olmaqla, bütün namizədlərə müvəffəqiyyətlər diləyirəm”. (missiya)

OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...