No Image
No Image

Belarusun dövlət başçısı: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq"

Belarusun dövlət başçısı:
"Pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik. Biz sabahdan etibarən Belarus əhalisinin kütləvi peyvəndlənməsini başlayacağıq. Vaksinlər özümüzünküdür, Rusiya Federasiyasının "Sputnik V” texnologiyası əsasında yaradılıb. Biz ölkədə yarım milyon doza vaksin istehsal edəcəyik. Bu qədər vaksini özümüz istifadə edə bilməyəcəyik".

Sfera.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən deyib.

Belarus Prezidenti daha sonra bildirib: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq. Sənaye, kənd təsərrüfatı, ağac emalı, informasiya texnologiyaları, səhiyyə, turizm sahələrində kooperasiya əlaqələrinin inkişafı üçün böyük potensial var. Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik. Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva: Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır

"Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa "Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğm...

Ermənistanın bir nömrəli təyyarəsi hərbi yüklərin qaçaqmalçılığı üçün yeni vasitə kimi... - VİDEO

Gürcüstan hökuməti Yuxarı Lars nəzarət buraxılış məntəqəsində ilişib qalmış 4 min ədəd zirehli jiletin Ermənistana keçirilməsinə icazə verməyib. İki yük m...

İlham Əliyev və Mehriban Əliyeva Şuşada səfərdədirlər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada səfərdədirlər. ...

Azərbaycan Ordusu Göyçə gölündən 23 kilometr aralıda post qurdu

Ermənistanın "Yerkir.am” saytı bu gün səhər "Dünəndən bəri azərbaycanlılar Basarkeçər (Vardenis) istiqamətində irəliləməyə başlayıb” mövzusunda yazı dərc edib. ...

Mehriban Əliyevadan ictimaiyyətə hədiyyə - FOTOLAR

Heydər Əliyev Fondu tərəfindən ilk dəfə olaraq Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu nəşr olunub. Sefer.az xəbər verir ki, Azərbaycan ...

İlham Əliyev: "Bu, Ermənistan ordusunun və dövlətinin çökməsi demək idi"

44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş b...