Belarusiya Avropa Birliyindən kömək istədi – KORONAVİRUSA GÖRƏ

Belarusiya Avropa Birliyindən kömək istədi – KORONAVİRUSA GÖRƏ

"Belarus koronavirusun yayılmasına qarşı mübarizə fonunda Avropa Birliyindənkömək istəyib”.

 

Sfera.az Rusiya mətbuatına istənadən xəbər verir ki, bu haqda mətbuat konfransında Avropa diplomatiyasının rəhbəri Josep Borrell məlumat verib.

 

 

"Belarus öz səhiyyə sistemi və məlum vəziyyətin makroiqtisadi təsirinə qarşı mübarizə aparmaq üçün Avropa Birliyindən kömək istəyib. Belarus hakimiyyəti maddi kömək də istəyib. İndi biz bu istəyə necə cavab verə biləcəyimiz haqda düşünürük. Diqqət ayırdığımız əsas məsələ səhiyyə sistemi və vətəndaş cəmiyyəti üçün iqtisadi yardımdır. Bu yardımın ümumi məbləği hələ müəyyənləşdirilməyib, amma təxminən 60 milyon avro ola bilər. " –deyə, Josep Borrell bildirib.

Xatırladaq ki, mart ayının sonunda Avropa Birliyi Qərbi Balkanlar və Şərq Tərəfdaşlığı ölkələrini dəstəkləmək üçün onlara bir milyard avro məbləğində yardm etməkniyyətində olduğunu bildirmişdi.Həmçinin Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya koronavirusla mübarizədə təcili ehtiyaclar üçün 140 milyon avro ayrılacağı da qeyd edilirdi.

Bundan əlavə, Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı” ölkələrinin koronavirus səbəbindən yaranmış sosial-iqtisadi böhrandan çıxması üçün əlavə 700 milyon avro ayıracağı planlaşdırılırdı.

Qeyd edək ki, bu günədək Belarusda 1066 koronavirusa yoluxma halı qeydə alınıb, xəstələrdən 13-ü dünyasını dəyişib.

Ölkə prezidenti Alexander Lukashenko bildirib ki, koronavirusa yoluxma hallarıazalmır, amma kritik həddə də deyil. Onun sözlərinə görə, COVID-19-un yayılması ölkədəki adi həyat düzənini pozmamalıdır. 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR