Belarus Qarabağın bərpasına hansı töhfəni verəcək? - “Kənd təsərrüfatının ən yaxşı təşkil olunduğu ölkədir”
14:45 / 15.04.2021
1493
"Belarus Qarabağda əkinçilik və maldarlığın bərpası,
inkişafı istiqamətində xüsusi töhfə verə bilər”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan
prezidenti İlham Əliyevin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə
Minski Qarabağın bərpası prosesində iştiraka dəvət etməsi fonunda bu ölkənin
azad edilmiş ərazilərimizin yenidən qurulmasına hansı töhfələr verə biləcəyinə
toxunarkən ekspert Cümşüd Nuriyev deyib:
"Belarus keçmiş sovet respublikaları arasında
kənd təsərrüfatının ən yaxşı təşkil olunduğu ölkədir. Bu ölkədə kənd təsərrüfatı
texnikası və təchizatı da yüksək səviyyədədir. Xüsusən də Belarusun buraxdığı kənd
təsərrüfatı texnikaları Çindən aldığımız texnika ilə müqayisədə daha keyfiyyətlidir.
Belarusda həmçinin aqrar sahənin indistralizasiyası kifayət qədər yüksək səviyyədə
təşkil olunub. Burada tullantısız son məhsul istehsalı geniş yayılıb. Tətbiq
etdikləri texnologiya vasitəsilə ətkəsmə kombinatında kəsilən heyvanın bütün
hissələrindən istifadə edirlər. Bağırsağından saplar düzəldirlər”.
Həmsöhbətimiz qeyd etdi ki, aqrar sahə üzrə
Qarabağın dirçəldilməsində Azərbaycan məhz Belarus təcrübəsindən istifadə etməlidir:
"Azərbaycanda da aqrar sahə sürətlə gəlir gətirən sahədir, həm də qoyulan sərmayə qısa müddətdə özünü doğruldur. Qarabağın
ərazisi Belarusun cənub hissəsinin iqliminə uyğundur, torpaq örtüyündə
oxşarlıqlar var.
Elçin