Bel ağrılarının səbəbləri nələrdir? - Ağrının kökündə xərçəng də ola bilər...

Bel ağrılarının səbəbləri nələrdir? - Ağrının kökündə xərçəng də ola bilər...
Əksər insanlar həyatlarının müəyyən dönəmində heç olmasa bir dəfə bel ağrısı keçirirlər. Bel ağrısının isə bir çox səbəbi ola bilər. Buna görə də bel ağrısı göz ardı edilməməlidir.
 
Sfera.az xəbər verir ki, Fiziki Terapiya və Reabilitasiya mütəxəssisi dosent həkim Ahmet İnanır mövzu ilə əlaqədar əhəmiyyətli məlumatlar verib.

Həkim bel ağrılarının kökündə hətta xərçəng xəstəliyinin belə ola biləcəyini deyib. Mütəxəssis ağrının yaranma səbəbləri barədə də danışıb. 
 
Ağrı bir tapıntıdır, xəstəlik deyil. Müalicəyə ehtiyacı olan ağrı mərkəzi deyil, ağrının əsas səbəbi olan xəstəliyin aradan qaldırılmasıdır.

6 həftədən az davam edən ağrılara kəskin bel ağrısı deyilir. Bu ağrı müəyyən bir fəaliyyətdən və ya travmadan sonra inkişaf edə və ya travma olmadan baş verə bilər. Adətən bəzi insanlarda ağrı öz-özünə yox olur. Bir dəfə şiddətli bel ağrısı keçirmiş insanların təxminən 30 faizində təkrar bu ağrılar yaşanır. Ancaq ağrı nəzarət və qayğı altındadırsa, bu təkrarlanma riski minimuma endirilə bilər. Üç aydan çox davam edən bel ağrısına xroniki bel ağrısı deyilir. Mövcud toxuma pozğunluğu ətrafdakı sinir uclarına təsir edərək ağrıya səbəb olur. Ən çox gördüyümüz hal isə kəskin ağrı dövründə asanlıqla idarə edə biləcəyimiz xəstəliklərin bacarıqsız əllərdə uzanaraq xroniki hala gəlməsidir.

Bel ağrısının səbəbləri nələrdir?

Həqiqi müalicə üçün əsl ağrı mənbələri ciddi bir mütəxəssis, həkim müayinəsi ilə araşdırılmalıdır. Kilolu olmaq, yırtığa səbəb ola biləcək qədər ağır qaldırmaq və ya bel quruluşunu gərginləşdirmək, əyilmək, uzun müddət oturmaq və ya oturarkən irəli əyilmək, iş görmək və ya ayaq üstə durmaq, uzun müddət eyni vəziyyətdə qalmaq, uzun müddət stresli dövrlərin olması, doğuş, uyğun olmayan mövqedə ev işləri görmək və cinsi həyatda belini qorumamaq bel problemlərinə səbəb olur.

Bel ağrısının qarşısını almaq və bel sağlamlığını qorumaq üçün nə edilməlidir?

Bel ağrısı meydana gəlməzdən əvvəl tədbir görmək lazımdır. Lazımi texniki xidməti olmayan avtomobil bizi yolda qoyduğu kimi yaxşı qulluq edilməyən bel də bir gün bizə ağrını yaşadacaq. Hər şeydən əvvəl piylənmə, yırtıq bel ağrısının əsas səbəblərindən biridir. Kilo almadan yaşamağı həyat tərzi etməliyik. Bel ağrısı yaşadıqda bunu səthi müalicə ilə yola vermək olmaz. Çünki ağrının kökündə çox ciddi yırtıq, onurğa sınığı yaxud xərçəng ola bilər. Buna görə təcrübəsiz mütəxəssislərlə vaxt itirməyə dəyməz.
 
Ümumiyyətlə, insanlar ağrının kökündə olan səbəbləri yox etməkdən çox mövcud ağrını azaltmağa çalışmaqdadır. Bu isə gələcəkdə çox ciddi problemlərə yol açır. Bu sahə üzrə mütəxəsissə müraciət mütləqdir.
 
Əzizə Zeynal
 
 
 

OXŞAR XƏBƏRLƏR