Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik

Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
 

Bu günlərdə qəzaya uğrayan MİQ-29 döyüş təyyarəsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif çaşdırıcı fikirlərin müzakirəsini məqsədəuyğun hesab etmirəm.

Bunu Trend-ə açıqlamasında "SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, ilk növbədə, heç kim hadisədən, təbii fəlakətdən sığortalanmayıb: "İkincisi isə bu hadisənin təfərrüatı barədə Müdafiə Nazirliyinin rəsmi açıqlaması var və bu, hər kəsi qane etməlidir. Çünki bəzi qruplar ictimai fikri çaşdırmaq üçün dövriyyəyə müxtəlif fikirlər ataraq müzakirələr açırlar. Bu isə kimlərinsə maraqlarına xidmət edir və ordumuz, dövlətimiz haqqında mənfi fikir yaratmaq məqsədi daşıyır. Xüsusilə, bu mövzunun müzakirəsi anti-Azərbaycan qüvvələrin, ölkəmizə qarşı kampaniya aparan qrupların marağındadır. Lakin yaddan çıxarmaq lazım deyil ki, torpaqlarımız işğal altındadır və döyüş vəziyyətində olan bir ölkənin vətəndaşları hərbi məlumatların müzakirəsində ehtiyatla davranmalıdır. Belə hadisələrin kimlərsə tərəfindən siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik”.


OXŞAR XƏBƏRLƏR

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....