Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı — SON XƏBƏR

Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı — SON XƏBƏR
 "Ötən gün və gecə ərzində əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib”.
 

Sfera.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, vəziyyəti sabit ağır olaraq qalır:

"Analizlərin, qan qazlarının və başqa həyati mühüm olan göstəricilərdə tibbi dəyişiklik baş verməyib. Müalicəsi ilə bağlı bütün lazımi təyinatlar yerinə yetirilir”.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.


OXŞAR XƏBƏRLƏR

Nərmin olayıyla bağlı ŞOK DETALLAR — GECƏ QƏBRİNİ... - VİDEO

 Yandırılmış halda meyiti tapılan Nərmin Quliyevanın qəbri gizlin olaraq qazılıb.   Sfera.az  Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə m...

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

  Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.  28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq...

Zeynəb Xanlarovanın ölüm xəbərini yayan bu şəxs imiş - "razborkaya çağırıldı"

  Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında bibisi, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbərini yayan şəxsin videosunu yayımlayıb. ...

SON DƏQİQƏ! DTX-ın saxladığı məmurların adları AÇIQLANDI

  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılanlar ...

İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO

  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Artı...

DTX-nın tutduğu Mahir Quliyev bu azərbaycanlı məşhurla QUDA İMİŞ - FOTO

  Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Biləsuvar rayon icra başçısı Mahir Quliye...