“Bəhanə gətirmək istəmirəm” - Olimpiadada uduzan cüdoçumuz

“Bəhanə gətirmək istəmirəm” - Olimpiadada uduzan cüdoçumuz
"Nəticə bizi qane eləmir. 7 kişi idmançı ilə gəlmişdik. Bunun bir yox, bir neçə səbəbi var”.
 
Sfera.az xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandıran cüdoçumuz Məmmədəli Mehdiyev deyib.

O, püşkdə bəxtlərinin gətirmədiyini bildirib: "Bəzi uşaqlar təcrübəsizliyə görə uduzub bəlkə də, çünki gəncdirlər. Rüstəmlə mənim isə püşkdə bəxtimiz gətirmədi. Çətin idmançılar qrupumuza düşdü. Hazırlığımız yaxşı keçmişdi, ab-hava yaxşı idi. Bəxtsizlik oldu. Konkret olaraq səbəb demək olmaz. Psixoloji və fiziki hazır idik. Neçə illərdir ki, hazırlaşırdıq. Hər bir idmançımızın hədəfi medal qazanmaq idi”.

M.Mehdiyev pandemiya vaxtı zalların bağlı olmasının idmana təsirindən danışıb: "Neçə ay zallar bağlı oldu. Pandemiya həqiqətən idmana təsir etdi. Şərtlər çox çətin idi. Yarışqabağı bizim idmançıların çoxu COVİD-19-a yoluxmuşdu. Avropa çempionatını da koronavirusa yoluxmuşdum. 2 ay çətinlik çəkdim. Dünya çempionatına da getmədim ki, Olimpiadaya hazırlaşım. Pandemiyaya görə məşq etmirdik. Yalnız fərdi şəkildə hazırlaşmaq olurdu. Bir ara yoluxma azalanda açıq havada məşqə icazə verildi. Açıq havada sadəcə qaçırdıq. Zaldakı şərait fərqlidir”.

İdmançımız əvvəllər Olimpiadada üz-üzə gəldiyi idmançılarla öncəki görüşlərindən söz açıb: "Qazaxıstanlı cüdoçuya "Böyük dəbilqə”də uduzmuşdum. Hamısı güclü idmançılardır. Məndə alınmadı. Bəhanələr gətirmək istəmirəm. Təəssüf ki, belə oldu”.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...