\"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi\"

\
"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm".

Sfera.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvəl həkimləri tənqid edərək açıqlama vermişdi. O bildirib ki, onlara yanlış müalicə yazıblar.

Dadaşova həmin açıqlamasından sonra təzyiqlər gördüyünü bildirib:

"Naxələf insanlarla hökumət mübarizə aparır. Hamının vicdanı olmalıdır. Hökumət harınlamış insanların öhdəsindən gəlir. Başqa bir dostumuzun da bədənini yüklədilər dərmanla, dünyasını dəyişdi. Çox dərman yazan həkimləri həyatınızdan çıxarın. Mənə dərman reklam etmək lazım deyil. Sadəcə, sevən insanların əziyyət çəkməməsini istədim. Mənə qulaq asanlar musiqi sevənlərdir. Musiqidən uzaq olanların səhifəmdə nə işi var.

Covid xəstəliyinin 7-8-ci günü ağır olur. Əvvəl adi qrip olanda xəstəxanaya qaçırdım. Amma indi bəzi həkimlərə görə inamımız itdi. Yaxşılar da var. Özlərini çoxbilmiş aparan bilməyənlərlə yanaşı yaxşılar da az deyil. Çalışın sizə başqa dərmanlar vurub, başqa orqanlarınız sıradan çıxmasın. Allah bizi apteklərə xeyir verməyə çalışan həkimlərdən uzaq etsin. Hamımız yaşamalıyıq, amma bu haramçılıqdır.

Həkim məsələsini ona görə deyirəm ki, bu xəstəliyi bir-iki dərman içərək, yataraq, zoğal içərək sağalda bilərsiz. heç kimi təhqir etmək fikrində deyiləm. Hər insanın qazanacağı çörəkpulu var. Amma başqasının ölümü ilə qazanmaq olmaz.

Dünya çox çətinləşib, ömür qısalıb. Çalışın yaxınlarınızı qoruyun".

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...